Dünya

Krım körpüsünə hücumu Ukrayna kəşfiyyatı həyata keçirib - BBC

17 İyul 2023 12:19
Baxış: 1 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krım körpüsünə hücumu Ukrayna Kəşfiyyat Xidməti (SBU) həyata keçirib.

Milli.Az bildirir ki, bu barədə BBC-nin rus dili xidməti Ukrayna Kəşfiyyat Xidməti daxilindəki mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, qurumun daxilindəki mənbə BBC-yə hücumun "SBU" tərəfindən ölkə donanmasının xüsusi təyinatlıları ilə birgə həyata keçirilib.

Oxşar iddialar Ukrayna mətbuatında da paylaşılıb.

"SBU"-nun mətbuat katibi Andrey Yusov Ukrayna mətbuatına açıqlamasında insidentin səbəbləri barədə fikir bildirməyib, lakin körpünü "lazımsız struktur" kimi təsvir edib. O, həmçinin qeyd edib ki, Rusiyanın üzləşdiyi logistika çətinlikləri Ukrayna müdafiə qüvvələri üçün potensial üstünlüklər yarada bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.