Dünya

Xersonda Rusiya Ukraynaya məxsus 3 kateri batırıb

15 İyul 2023 18:59
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Xersonda Ukrayna Silahlı Qüvvələrinə məxsus üç kateri məhv etdiyini bildirib.

Milli.Az "report"a istinadən bildirir ki, regionun fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfi həmin qayıqların Dnepr çayını keçmək istərkən vurulduğunu açıqlayıb. Məlumatda o da bildirilir ki, Rusiyanın "Dnepr" qoşun qruplaşmasının birləşmələri 12 ukraynalı hərbçini də öldürüb.

"Xerson istiqamətində Rusiya Ukraynanın sutka ərzində 120 mm-lik minaatan ekipajı və "Msta-B" qaubitsasını, Dudçan vilayətinin Kaxov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin doqquz hərbçisini məhv edib", - deyə məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.