Dünya

Türkmənistan Prezidenti energetika nazirini vəzifəsindən azad edib

15 İyul 2023 08:54
Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov işində yol verdiyi səhvlərə görə ölkənin energetika naziri Hacımuhammet Recepmyradovu vəzifəsindən azad edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin ötən gün keçirilən geniş iclasının yekunlarına dair rəsmi "Neytral Türkmənistan" qəzeti məlumat yayıb.

Berdiməhəmmədov yeni energetika naziri vəzifəsinə əvvəllər idarənin rəis müavini vəzifəsində çalışan Annageldi Saparovu təyin edib.

Recepmyradov 2021-ci ilin avqustundan nazir vəzifəsində olub.

Bundan əlavə, dövlət başçısı iclas zamanı işində yol verdiyi nöqsanlara görə Nyyazlı Nyyazlyevi "Türkmənhimiya" dövlət konserninin rəhbəri vəzifəsindən azad edib.

Dövlət konserninin yeni sədri daha əvvəl təbii qazdan benzin istehsalı üzrə Axal zavoduna rəhbərlik etmiş Dövrəngəldi Sapbayev təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.