Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Azaz şəhəri (Ərəb Respublikasının şimal-qərbində yerləşən Hələb vilayəti) yaxınlığında yerləşən bazası raket atəşinə məruz qalıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, zərbə nəticəsində bir əsgər şəhid olub, daha bir neçəsi müxtəlif dərəcəli xəsarətlər alıb.
Hücumun arxasında hansı qüvvələrin olması barədə məlumat yoxdur.
Xatırladaq ki, Türkiyə 2017-ci ildən bəri Suriyanın şimal bölgələrində üç hərbi əməliyyat keçirib: "Fərat Qalxanı", "Zeytun Budağı" və "Sülh çeşməsi". Nəticədə Hələbin şimalındakı Azaz və Cerablus şəhərləri arasında bufer təhlükəsizlik zonası yaradılıb, Afrin və Fərat çayının şərqindəki sərhəd bölgələri nəzarətə götürülüb.
Milli.Az