Dünya

İspaniyada ilin ilk ensyerrosundan maraqlı görüntülər - FOTO

8 İyul 2023 19:53
Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Pamplona şəhərində San Fermin festivalı çərçivəsində ilin ilk öküz qaçışı (ensyerro) keçirilir. Yarışla bağlı sosial şəbəkələrdə maraqlı görüntülər paylaşılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Navarranın hamisi müqəddəs Ferminin şərəfinə keçirilən festival bir həftə davam edəcək. Tədbirin əsas hissəsi öküzlərlə gündəlik qaçışdır. Bu zaman yüzlərlə insan dar küçə ilə bir neçə dəqiqə qaçır.

Yarışda həm yerli sakinlər, həm də turistlər iştirak edə bilər. Qaçmağa cəsarət etməyənlər tamaşanı təhlükəsiz yerdən izləyə bilərlər.

Qeyd edək ki, hər il festival zamanı yarış iştirakçılarının xəsarət alması halları olur. Qırmızı Xaç Cəmiyyətinin regional bölməsinin məlumatlarına görə, builki ensyerroda da ən azı altı nəfər xəsarət alıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.