Dünya

Nazarbayev daha bir statusdan məhrum edildi

5 İyul 2023 14:50
Baxış: 1 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qüvvədə olan qanunvericiliyə dəyişiklikləri təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, respublikanın birinci rəhbəri Nursultan Nazarbayev onun adını daşıyan Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu kimi təşkilatlarda Ali Qəyyumlar Şurasının rəhbəri statusundan məhrum edilib.

Müvafiq dəyişikliklər dövlət başçısının imzaladığı "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına peşə ixtisasları, dövlət mükafatları, sosial təminat və təhsil məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunda əksini tapıb.

Sənədin əvvəlki variantına görə, Nazarbayev Ali Qəyyumlar Şurasının ilk sədri olub. Ediləcək dəyişikliklərə görə, artıq Ali Qəyyumlar Şurasının sədri prezident və ya onun təyin etdiyi şəxs olacaq.

Xatırladaq ki, Prezident Tokayev fevralın 15-də "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı haqqında" Qazaxıstan Respublikasının Konstitusiya Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında" qanunu imzalayıb. Bu qanun Nazarbayevin, habelə onun ailə üzvlərinin imtiyazları və statusunu tənzimləyirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory