Dünya

Ekspert sirləri açdı: Priqojin qiyamında "Afrika taktikası"...

5 İyul 2023 07:54
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Priqojinin uzun müddət Afrikada işləməsi əbəs yerə olmayıb - onun qiyamı hərbçilərin Afrika ölkələrində mütəmadi olaraq təşkil etdiyi qiyamlara bənzəyir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, politoloq Kirill Roqov müsahibəsində Putin rejimi üçün zərbənin nəticələrindən danışıb.

"Afrikada ordunun məqsədi hökuməti, hakimiyyət sistemini dəyişmək olmayıb. Adətən hərbçilərin müəyyən hissəsi ordudakı mövqeyindən və siyasi sistemdən narazı qalır. Onlar paytaxta doğru irəliləməklə, dinc insanların həyatlarına təhlükə yaradaraq, bu yolla siyasi rəhbərliklə ünsiyyətə girir, özləri üçün müəyyən şəraitə nail olurlar. Lakin belə bir üsyan hökumət qoşunları ilə toqquşma demək deyil",-deyə Roqov vurğulayır.

"Vaqner ÖHŞ"nin mərkəzi bazası Mərkəzi Afrika Respublikasındadır. Son 20 ildə bu ölkə hərbi qiyamlar üzrə çempion sayılır. Bu, standart Afrika üsyanıdır. Priqojin də eyni cür hərəkət etdi. Onun məqsədi Putinin hakimiyyətini devirmək və ya rejimi dəyişmək deyildi", - deyə o, bildirib.

Kirill Roqova görə, hər bir halda Rusiya şəraitində Priqojinin çıxışı Putinə zərbə vurdu.

"Afrikada həm qoşunlar, həm də əhali zəif dövlətlə qarşılaşdıqlarını başa düşür və bu səbəbdən orada reaksiya fərqlidir. Rusiyada isə həm əhali, həm də elita dövləti güclü hesab edirdi. Lakin Priqojinin qiyamında onun zəif olduğu üzə çıxdı. Və bu, şoka səbəb oldu", - deyə o, qeyd edib.

Milli.Azd

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.