Dünya

Smartfon adapteri ev yandırdı

1 İyul 2023 09:11
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə sakini evindəki yanğının "iPhone"un şarj cihazı ucbatından baş verdiyini bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Emma Flaherti qızları ilə evdə olarkən ikinci mərtəbədən tüstü qoxusunu hiss edib. O, yataq otağına qaçıb, çarpayı və yastığın yandığını görüb. Yanğın tez bir zamanda bütün otağı bürüyüb. Buna görə də britaniyalı uşaqları götürərək küçəyə qaçıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər bir saat ərzində alovu söndürüblər. Daha sonra onlar Emmaya bildiriblər ki, yanğına səbəb smartfonun adapteri olub.

İndi britaniyalı başqalarını "ucuz və qeyri-rəsmi" mobil telefon doldurucularının təhlükələri barədə xəbərdar edir.
Təəssüf ki, Emma əmlakını sığorta etməyib, ona görə də itirdiyi əşyalara görə təzminat almayacaq.


Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.