Dünya

Avropa Rusiyanın dondurulmuş aktivlərindən ildə 3 milyard avro qazanmaq istəyir

30 İyun 2023 09:42
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Rusiyanın Ukrayna üçün dondurulmuş aktivlərindən ildə 3 milyard avro qazanacağını gözləyir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr de Kro məlumat verib.

"Belçika bu məsələyə daha çox cəlb edilib, çünki aktivlərin 90%-i burada dondurulub. Biz super mənfəətə diqqət yetiririk. Söhbət ildə əldə edilə biləcək 3 milyard avro məbləğindən gedir. Bu pulun alınma üsulu hüquqi cəhətdən sabit olmalıdır"-deyə, o bildirib.

Aİ liderləri hər sammitdə münaqişədən sonra Ukraynanın bərpası üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadənin mümkünlüyünü müzakirə edirlər, lakin bunun üçün hüquqi əsas tapa bilmirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.