ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Belə ki, Rusiya vətəndaşı Andrey İvanov və "Vaqner" hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinlə əlaqəli olduğu iddia edilən 4 hüquqi şəxs "qara siyahı"ya salınıb.
Buraya Rusiyanın DM LLC şirkəti, "Midas Ressources" və "Diamville Sau" (hər ikisi Mərkəzi Afrika Respublikasından), "Industrial "Resources General Trading" (Birləşmiş Ərəb Əmirlikləri) daxildir.
Milli.Az