Dünya

Blinken Priqojin haqda “film davam edir” mesajı verdi

26 İyun 2023 12:46
Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu, Vaşinqtonun Rusiya ilə bağlı qeyri-müəyyənlik yaratmaq üçün təbliğat xarakterli tezisi də ola bilər, lakin ABŞ kəşfiyyatının məlumatlılığı fonunda bunu "Putinin hakimiyyətinə qarşı qiyamların davam edəcəyi" mesajı olaraq da görmək olar. Bununla həm də Priqojinin tək olmadığına işarə edilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı ABŞ Dövlət katibi Entoni Blinkenin Priqojin qiyamı ilə bağlı "Film davam edir və hələ son pərdəni görməmişik" sözlərini şərh edərkən deyib.

O bildirib ki, Ukrayna müharibəsi başlayandan sonra Rusiyada elita qarşıdurmasının kəskinləşdiyini gündəlik xəbər lentindən də görmək mümkün idi:

"Priqojinin qiyamı bu kəskinləşmənin partlaması olsa da, Putinin xaosu idarə etdiyi və narazıları təmizləmək üçün prosesi bu həddə çatdırdığı istisna edilməməlidir. Mümkündür ki, bundan sonra Kremlin diqqəti həm də daxili hesablaşmalara yönələcək. Və bu, rus sülhməramlıların olduğu Qarabağdakı proseslər baxımından Azərbaycan üçün sərfəlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.