Dünya

Priqojin Putinə meydan oxudu, onu devirmək niyyətini açıqladı

24 İyun 2023 12:05
Baxış: 4 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaqner" Putinin xalqa müraciətnə cavab olaraq bəyanat yayıb.

Milli.Az bildirir ki, bəyanatda deyilir:

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin şərə qarşı çıxanları, korrupsiyaya, məğlubiyyətçiliyə, bərbad idarəetməyə və ən nəhayət, Ukraynada rusiyalı əsgərlərin "savaş əti" kimi qurban verilməsinə qarşı çıxanları yox, bütün bu cinayətləri törədənlərin tərəfində olduğunu bildirmiş oldu.

Seçim zamanı idi, amma o, yanlış seçim etdi, dövləti və xalqı əslində dövlətlə xalqın maraqlarını qoruyanlara, Rusiya vətəndaşlarının mənafeyini düşünənlərə qarşı durmağa çağırdı.

Görünən budur ki, bizə dürüst seçim edə bilən dövlət başçısı gərəkdir.

Vətəndaş müharibəsinin tətiyini o çəkdi. 

Bir və ya iki degeneratı istefaya yollamaq əvzəinə o, Rusiyanın ən döyüşkən hissəsini tərksilah etmək əmri verdi. Bir və ya iki satqının həyatı 25 min qəhrəmanın həyatından üstün tutuldu.

Bu qarşıdurimada kimin Şər olduğu artıq bilindi.

Qələbə bizim olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.