Dünya

Hindistanda MARAQLI REKORD - Eyni vaxtda 100 mindən çox insan...

23 İyun 2023 23:15
Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Surat şəhərində eyni vaxtda bir yerdə yoqa ilə məşğul olan insanların sayına görə yeni dünya rekordu qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Qücərat ştatının daxili işlər üzrə səlahiyyətli nümayəndəsi Xarş Sanqxavi Beynəlxalq Yoqa Gününün yekunlarına dair məlumat verərkən söyləyib.

"Tədbirdə 100 mindən çox insan iştirak edib ki, bu da əvvəlki rekordun təzələnməsi deməkdir" - Xarş Sanqxavi bildirib.

Məlumat üçün qeyd olunur ki, Hindistanda yaranmış qədim fiziki, əqli və mənəvi təlim olan yoqa hazırda bütün dünyada müxtəlif formalarda tətbiq olunur və onun məşhurluğu artmaqda davam edir.
Yoqanın qlobal məşhurluğu nəzərə alınaraq, 2014-cü il dekabrın 11-də Birləşmiş Millətlər Təşkilatı qətnamə qəbul edərək 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.