Dünya

İnterpolun axtardığı qız atasının Rusiyadakı evində tapıldı

22 İyun 2023 09:29
Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Vladivostok şəhərində polis beynəlxalq axtarışda olan Avstriya vətəndaşını tapıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İnterpolun Avstriyada yerləşən bürosu rusiyalı polislər tərəfindən tapılan qızı 2022-ci ilin oktyabr ayından axtarışa verib.   

Beynəlxalq axtarışda olan şəxs yaxınlarına məlumat vermədən bütün əşyalarını toplayaraq Vyanadakı yaşayış yerini tərk edib.

Aparılan qısa dindirmə zamanı məlum olub ki, 27 yaşlı qız Vladivostokda yaşayan atasının yanına köçüb və digər şəxslərin bunu bilməsini istəməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.