Dünya

İlk sovet termonüvə bombasını yaradanlardan biri intihar etdi

22 İyun 2023 08:48
Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk sovet ikipilləli termonüvə bombası RDS-37-nin yaradıcılarından biri Qriqori Klinişov Moskvanın mərkəzində vəfat edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 92 yaşlı mühəndis-fizikin intihar istinsna deyil, çünki Kosmodamianskaya sahilindəki mənzildə meyitinin yanında vida yazısı tapılıb. Orada o, yaxınları ilə vidalaşıb. Onu belə bir qərara nəyin vadar etdiyi məlum deyil.

Qeyd edək ki, Klinişov sovet mühəndis-fiziki, fizika-riyaziyyat elmləri namizədi, Lenin mükafatı laureatı və ilk sovet ikipilləli termonüvə bombası RDS-37-nin yaradıcılarından biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.