Dünya

Berluskoninin dəfn mərasimi günü İtaliyada matəm elan olunacaq

12 İyun 2023 19:20
Baxış: 1 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin dəfn mərasimi günü ölkədə milli matəm elan ediləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İtaliya hakimiyyəti məlumat yayıb.

Qeyd edək ki, dəfn mərasimi 14 iyunda Milanda keçiriləcək.

Xatırladaq ki, sabiq Baş nazir bu gün 87 yaşında vəfat edib.

-------

18:10

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin dəfn mərasimi 14 iyunda Milan kafedralında (Duomo di Milano) keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İtaliyanın "Sky TG24" telekanalı məlumat yayıb.

Vida mərasimi bu gün Berluskoninin Arkordakı villasında başlayacaq.

Xatırladaq ki, İtaliyanın sabiq baş naziri bu gün 87 yaşında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.