Dünya

Qazaxıstan Prezidenti fövqəladə hallar nazirini işdən çıxardı

10 İyun 2023 13:00
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirin işdən çıxarılması respublikanın şərqində davam edən böyük meşə yanğını fonunda baş verib. Yanğın 60 min hektar sahəyə yayılıb.

Hadisə nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, daha 11 nəfər itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.

Kasım-Jomart Tokayev Vyetnama iyunun 11-13-nə planlaşdırılan səfərini təxirə salıb. Dövlət başçısının operativ müşavirə keçirmək və təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara yardım məqsədilə tədbirlər görmək üçün bölgəyə gedəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.