Kaxovka SES-də baş vermiş texnogen qəzaya görə vəziyyət son dərəcə ağırdır və rus işğalçıları insanların təxliyə edildiyi əraziyə artilleriya zərbələrini dayandırmır, yaralılar var.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bu, təbii fəlakət və ya iqlim böhranının təzahürü deyil, bu, Putinin fəlakətidir. O nə edir? Şəxsən nəyi əmr edir?" - Zelenski söyləyib.
O qeyd edib ki, ərazinin su basmış ona yaxın yaşayış məntəqəsi işğaldadır:
"Orada ümumiyyətlə, təxliyə yoxdur - insanlar ikinci gündür damlardadırlar. İçməli sudan, yeməkdən və tibbi yardımdan məhrumdurlar. Nə qədər ölü və yaralının olduğu məlum deyil".
Milli.Az