Keşiş kilsədə striptiz göstərdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın Lüteran Kilsəsinin keşişi Deniel Bossenbaher kilsədə dirək rəqsi ilə şoular təşkil edir. Bu səbəbdən o, anonim təhdidlər almağa başlayıb.
Bu barədə kilsənin pastoru özü xəbər verib.
Bossenbaher bununla belə aprel ayından başlayan dirək rəqsi ilə şouya davam ediləcəyini bildirib.
Məlumata görə, Strasburqdakı Sen-Qiyom kilsəsində təşkil olunan dirək rəqsi şou-tamaşanın bir hissəsidir. İfaçı isə pilon idmanı üzrə Fransa və Avropa çempionu Vinsent Qrobelnıdır. Tamaşa zamanı sinədən çılpaq Qrobelnı klassik musiqinin müşayiəti ilə akrobatik etüdlər ifa edir.
Premyeradan dərhal sonra Bossenbaher anonim təhdidlər almağa başlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təhdidi məktublarının birində deyilirdi ki, kilsədə rəqs və musiqi olmamalıdır. Bundan başqa məktubda baş kəsmə təhdidi ilə bağlı sətirlər də olub. Digər məktubla keşişin "açarları rəqs edən ilana verdiyi" və buna görə də "başı kəsilməli olduğu" bildirilib.
Pastor kömək üçün polisə müraciət edib və hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları kilsədə daim növbə çəkirlər.
Şou isə çox məşhur olub, ilk iki gündə 1000-ə yaxın insan kilsəni ziyarət edib. Buna görə də təhdidlərə baxmayaraq, Bossenbaher tamaşadan imtina etməyib, əksinə əlavə təhlükəsizlik tədbirləri ilə bağlı polislə razılaşıb.
Qrobelnının pilondakı növbəti çıxışı iyunun 8-i və 9-na planlaşdırılır.
Bossenbaher hesab edir ki, heç bir halda fanatiklərin hədələrinə boyun əymək olmaz. O əlavə edib ki, dirək rəqsi haqqında danışarkən insanlar çox vaxt kabare, striptiz və bu kimi başqa şeylər haqqında düşünürlər, lakin bu, belə deyil.
"Dirək rəqsi idman və sənətdir. Onlarda təxribatçı heç nə yoxdur. Bu jonqlyorluq və ya hava gimnastikası kimi sirk janrıdır. İstənilən sənət kilsəyə daxil olur: biz orada rəssamlıq nümunələri görürük, musiqi dinləyirik, oxuyuruq. Rəqs də sənətdir", - deyə o bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
"Samara" vəfat etdi - (Foto)
-
5 nəfərlik oğurluq şəbəkəsi ifşa olundu - (Video)
-
Seda Sayan: "Oğlumun evinə arvadından icazə alsa, gedə bilərəm"
-
“Nə çəkibsə, əcəb eləyib” - Fərhad Mehdiyev





