Dünya

Rusiyanın Ukraynadakı cəlladlarından biri ölkəsində 10 və 12 yaşlı qızları zorladı

24 May 2023 11:51
Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Novosibirsk şəhərində qorxunc hadisə baş verib. Belə ki, dördüncü və beşinci sinif şagirdləri olan iki qız qaçırılıraq zorlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə onlar məktəbdən çıxdıqdan sonra baş verib. 10 və 12 yaşlarında olan qızların sözlərinə görə, məktəbin yaxınlığında bir kişi onlara yaxınlaşaraq tapança və qumbara ilə hədələyib, sonra isə yaxınlıqdakı qaraja apararaq cinsi təcavüz edib.

Artıq 42 yaşlı kişi saxlanılıb. Məlum olub ki, şübhəli Sergey Ş. "Vaqner" özəl hərbi şirkətinin döyüşçüsü olub. Hadisədən bir neçə gün əvvəl həmin şəxsin müqaviləsi başa çatıb.

Qeyd olunur ki, rusiyalı artıq cinayətini etiraf edib. Onu 15 ildən 20 ilədək həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.