Dünya

Keçmiş Baş nazir səkkizinci dəfə ata olacaq

20 May 2023 17:48
Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun həyat yoldaşı Kerri Conson hamilə olduğunu açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Son səkkiz ayın çoxunda özümü olduqca yorğun hiss edirəm, lakin biz bu balaca ilə görüşməyi səbirsizliklə gözləyirik" dedi Conson sosial media səhifəsində.

Bu uşaq cütlüyün üçüncü övladı olacaq, lakin Boris Consonun özünün artıq keçmiş həyat yoldaşı Marina Uilerdən dörd yetkin uşağı, habelə sənətşünas Helen Makintayrdan qeyri-qanuni qızı var.

Bəzi məlumatlara görə, keçmiş baş nazirin daha bir qeyri-qanuni övladı var, lakin Conson özü bunu təsdiqləməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.