Dünya

Oğrular bütün oteli icarəyə götürüb neft kəmərinə tunel qazdılar

16 May 2023 11:28
Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada cinayətkarlar bütöv bir oteli icarəyə götürüb və bir ay ərzində neft kəmərinə tunel qazıblar

Lent.az bildirir ki, yerli medianın məlumatına görə, borudan neft oğurlamağı planlaşdıran səkkiz kişi həbs edilib. Bunun üçün altından neft kəmərinin keçdiyi oteli icarəyə götürüb, yüksək səslərlə diqqəti cəlb etməmək üçün günün çox hissəsini binanın zirzəmisində, ən sadə alətlərlə qazaraq keçiriblər.

Təxminən bir ay ərzində kişilər təxminən 10 metr qaza bilib və neft kəmərinə 30 santimetr yaxınlaşıblar. Lakin onların işlərini başa vurmağa vaxtları olmayıb - oteldə axtarış aparılıb. İndi səlahiyyətlilər tunelin binaya zərər vermədən necə doldurulacağına qərar verirlər.

Dindirilmə zamanı tutulan şəxslər oğurladıqları nefti iki yanacaqdoldurma məntəqəsində satmağı planlaşdırdıqlarını etiraf ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.