Dünya

İrəvanda iki qadın separatçıların əski parçasını cırdı – FOTO

7 May 2023 23:24
Baxış: 2 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanda iki qadın Qarabağdakı erməni separatçıların "bayraq" adına olan əski parçasını cırıb.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, şəhərin Sayat Nova küçəsində yerləşən reklam lövhələrinin birinin üzərində olan, 44 günlük savaşı əks etdirən böyük bannerdə separatçıların əski parçasının əks olunduğu hissəni cırıb, yerə atıblar.

Onlar Ermənistanın bütün problemlərinin bu əski parçasından qaynaqlandığını, onlara görə erməni gənclərin öldüyünü nümayiş etdiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.