Dünya

Kremlə hücumu kim təşkil edib? - Zelenski

3 May 2023 21:54
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dövləti silahdan öz ərazisini qorumaq üçün istifadə edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında Kremlə dron hücumu haqda söyləyib.

"Mən bu mesajı təkrarlaya bilərəm, düşünürəm ki, bu, hamıya aydın olacaq: biz nə Putinə, nə də Moskvaya hücum edirik", - Zelenski vurğulayıb.

V.Zelenski bildirib ki, Ukrayna öz ərazisini, kənd və şəhərlərini qoruyur. Eyni zamanda, Ukraynanın hətta bu ehtiyaclar üçün kifayət qədər silahı yoxdur.

Qeyd edək ki, bu gün Rusiyada Ukraynanın dronların köməyi ilə Kremlə hücum edildiyinə dair ittihamlar səsləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.