Dünya

Ermənistan parlamentinin sədri Ankarada Mustafa Şentopla görüşəcək

3 May 2023 11:55
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Simonyanın Ankaraya səfəri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.

Ermənistan nümayəndə heyəti Parlament Assambleyasının iclasında, Simonyan isə parlament sədrlərinin sammitində iştirak edəcək.

Parlament Assambleyasının iclası 4-5 may tarixlərində baş tutacaq.

Simonyan Parlament Assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində iştirak edəcək.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının iclası sonuncu dəfə ötən ilin dekabrında Belqradda keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.