Dünya

Ərdoğan ən böyük seçkiqabağı mitinqlərindən birini keçirib

30 Aprel 2023 23:09
Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinə hazırlıq məqsədilə bazar günü Ankarada ən böyük mitinqlərdən birini keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, iştirakçıların sayı rəsmi olaraq açıqlanmasa da, bir neçə yüz min nəfər olduğu deyilir.

Ərdoğan mitinq zamanı tərəfdarlarını mümkün qədər fəal olmağa çağırıb, gənclərə xüsusi ümid bəsləyib.

"Biz hər qapını döyəcəyik. Türkiyənin yüzilliyini arzulayırıq. Onlar (müxalifət) öz arzularını bölünmüş siyasət, qeyri-sabit iqtisadiyyat, zəif demokratiya, dünyada xor baxılan köhnə Türkiyə üzərində qururlar", - deyə prezident bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.