Dünya

Dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 98 nəfərə çatıb

26 Aprel 2023 23:41
Baxış: 1 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keniyanın Malindi şəhərində "İsa peyğəmbərlə qarşılaşacağına söz verilən" və ölüm "oruc"unda həyatını itirənlərin sayının 98 nəfərə çatıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Keniyanın "Nation" qəzeti polisə istinadən məlumat yayıb.

Vurğulanıb ki, çərşənbə günü daha səkkiz uşaq cəsədi tapılıb. Onlar da hamı kimi Malindi şəhəri yaxınlığında yerləşən Şakahol meşəsindəki qəbirlərin içərisində aşkarlanıb. Məzarların içərisində bir neçə nəfər basdırılıb.

Qeyd edək ki, Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.