Dünya

Pakistanda partlayış çox sayda can alıb - FOTO

25 Aprel 2023 10:48
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Svat vadisinin şimal-qərbində terrorla mübarizə idarəsinin silah-sursat anbarının partlaması nəticəsində azı 13 nəfər həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkə polisi anbarlarda iki partlayışın baş verdiyini, ölənlərdən əlavə, daha 50 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sursatın elektrik şəbəkəsindəki qısaqapanma nəticəsində alovlandığını istisna etmirlər.

Ölənlərin əksəriyyəti anbarlarda işləyən polis əməkdaşları olub.

Hətta yaxınlıqdan keçən uşaqlı qadın da hadisə yerində həlak olub.

Yaralılardan bəziləri ağır vəziyyətdə xəstəxanadadırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.