Dünya

“Air Moldova” maliyyə problemləri səbəbindən reyslərini ləğv etdi

21 Aprel 2023 21:43
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldovanın dövlət aviaşirkəti "Air Moldova" maliyyə problemlərinə görə aprelin 21-dən 25-dək bütün reysləri təxirə salıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyi aviadaşıyıcının mətbuat xidmətinə istinadən yazıb.

"Şirkətin fəaliyyəti üçün lazım olan maliyyə resurslarının olmaması səbəbindən 2023-cü il aprelin 21-dən aprelin 25-dək planlaşdırılan bütün uçuşları dayandırmaq məcburiyyətindəyik", - deyə məlumatda bildirilir.

Daşıyıcının mətbuat xidməti qeyd edib ki, şirkət menecerlərinin "Air Moldova"nı böhrandan çıxarmaq üçün atdığı addımlar hələlik müsbət nəticə verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.