Dünya

Mükafatlandırma mərasimində faciə - VİDEO

18 Aprel 2023 17:48
Baxış: 1 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Maharaştra əyalətində keçirilən təntənəli mükafatlandırma mərasimi fəlakətə səbəb olub.

Milli.Az xəbər verir ki, mərasim zamanı 30-64 yaş arasında 9-u qadın olmaqla 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib, xəstəxanaya yerləşdirilən 8 nəfərin müalicəsi davam etdirilir. Məlumata görə, açıq havada keçirilən mükafatlandırma mərasimi zamanı havanın temperaturu 38 dərəcə olub. 20 nəfər huşunu itirib. Onlardan 8-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hindistanın Meteorologiya Departamentinin məlumatına görə, ölkənin bir çox şəhərində havanın temperaturu 40 dərəcə olub. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.