Dünya

"ABŞ Zelenskini Rusiya ilə sülh danışıqlarına məcbur edəcək"

14 Aprel 2023 08:02
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Xarici Əlaqələr Şurasının əməkdaşları Riçard Haass və Çarlz Kupçan "Foreign Affairs" üçün yazdıqları məqalədə ABŞ və Avropanın ilin sonuna kimi Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlar masasına oturmağa və Rusiya ilə müqavilə imzalamağa məcbur edəcəyi barədə fikir bildiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ekspertlər qeyd edirlər ki, bu iş asan olmayacaq, çünki bir çox ukraynalılar belə bir təklifi vətənə xəyanət kimi qəbul edəcəklər. Bununla belə, münaqişənin ilk aylarından qələbə vəd edən Zelenski "ambisiyalarını kəskin şəkildə azaltmalı" olacaq.

Məqalədə Qərbdən hərbi yardımın artacağı halda belə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu üzərində tam qələbə qazanmasına imkan verməyəcək amillər sadalanır. Orada bildirilir ki, Ukrayna qoşunları artıq yüz mindən çox əsgər itirib, onların əksəriyyəti ən təcrübəli əsgərlər olub. Bundan əlavə, Ukrayna iqtisadiyyatı 30% azalıb və səkkiz milyona yaxın vətəndaş xaricə gedib.

Müəlliflər Kiyevin amerikalı və avropalı tərəfdaşların dəstəyindən asılı olduğunu, ona görə də Qərbin təklif edəcəyi sülh planı ilə razılaşmaq məcburiyyətində qalacağını qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.