Dünya

Bu Avropa ölkəsində dördgünlük iş həftəsi təcrübədən keçirilir

11 Aprel 2023 20:24
Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Valensiya şəhərində dörd günlük iş həftəsinin tətbiqinə dair təcrübə başlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, işçilərin aprelin 10-dan başlayaraq bir ay müddətində bu cədvəl üzrə işləyəcəkləri müəyyən edilib. Onların iş günü 8 saat davam edəcək. Bu qərarı şəhər rəhbərliyi həmkarlar ittifaqları, müxtəlif qurum və şirkətlərlə apardığı danışıqlar nəticəsində qəbul edib. Eksperimentin məqsədi 32 saatlıq iş həftəsinin əhalinin rifahına, iqtisadiyyatına və şəhərin ekologiyasına təsirini öyrənməkdir.

Qeyd olunur ki, sınaq tədbirinin tətbiqi digər məsələlərlə yanaşı, bayram günlərinin ayın üç bazar ertəsi gününə təsadüf etməsi ilə də asanlaşıb. Eksperimentin nəticələri iyul ayında Şəhər Şurasında Las Naves İnnovasiya Mərkəzində açıqlanacaq.

İspaniya hakimiyyəti şirkətlərə işçilərin əmək haqqını azaltmadan iş həftəsinin azaldılmasına görə 150 min avroya qədər pul ödəməklə bağlı qərar verib. Bildirilib ki, təşəbbüsə 10 milyon avro ayrılacaq və 70 kiçik və orta sahibkar burada iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.