Dünya

"Ruslar panikaya düşdü, ərazini minalamağa başladılar"

10 Aprel 2023 22:08
Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan əvvəl açıq-aşkar panikaya düşür və buna hazırlaşmağa çalışırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Aleksey Dmitraşkovski deyib.

Polkovnik rusların xüsusilə cəbhənin iki istiqamətində təşvişə düşdüyünü qeyd edib:

"Əks-hücum həqiqətən də Rusiya silahlı qüvvələrinin sıralarında belə çox güclü çaxnaşma yaratdı. Düşmən panikaya düşdü və bu, təkcə Donetsk istiqamətində deyil, Zaporojyedə də nəzərə çarpır".

O qeyd edib ki, ruslar zəbt etdikləri əraziləri aktiv şəkildə minalamağa başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.