Dünya

Hökumət işçilərinin “TikTok”dan istifadəsi qadağan ediləcək

5 Aprel 2023 21:00
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya hökuməti dövlət işçilərinə "TikTok" sosial şəbəkəsindən istifadəni qadağan edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Mark Dreyfus məlumat verib.

"Kəşfiyyat və təhlükəsizlik agentliklərinin tövsiyələrinə əsasən, mən hökumət qurumlarının təhlükəsizlik siyasətini qorumaq üçün "TikTok" tətbiqindən istifadəni qadağan etmək üçün məcburi icra sərəncamının hazırlanmasına göstəriş vermişəm", - deyə Avstraliyanın baş prokuroru vurğulayıb.

Lakin prokuror qadağanın hansı tarixdən etibarən qüvvəyə minəcəyini söyləməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.