"Amerikada bunun baş verdiyinə inana bilmirəm".
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ABŞ-nin sabiq Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
"Hazırda Manhetten məhkəmə binasına doğru gedirik. Məni həbs edəcəklər. Mən Amerikada bunun baş verdiyinə inana bilmirəm", - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, bu gün ABŞ-nin sabiq Prezidenti Donald Trampın qiyabi həbsinə qərar verib.
Milli.Az