“İnana bilmirəm” - Trampdan ilk açıqlama

4 Aprel 2023 22:50

"Amerikada bunun baş verdiyinə inana bilmirəm".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ABŞ-nin sabiq Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

"Hazırda Manhetten məhkəmə binasına doğru gedirik. Məni həbs edəcəklər. Mən Amerikada bunun baş verdiyinə inana bilmirəm", - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ-nin sabiq Prezidenti Donald Trampın qiyabi həbsinə qərar verib.

Milli.Az