Dünya

Molla rejimi qızlardan belə QİSAS alır

4 Aprel 2023 22:38
Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda şagird və tələbələrin müəmmalı zəhərlənməsi davam edir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 22 Bəhmən adına Qız Məktəbinin şagirdləri zəhərlənib, 5 şagirdin vəziyyəti ağır olduğundan İmam Sulduz xəstəxanasına aparılıb.

İran əsilli amerikalı jurnalist Məsih Əlinejad tvitter hesabında bu barədə paylaşım edib: "Bu gün İranda yeni ildə tələbələrə qarşı ilk kimyəvi hücum təşkil edilib. Nəqəde şəhərində ən azı 5 şagird zəhərlənərək xəstəxanaya çatdırılıb. Bu, İslam Respublikası tərəfindən tələbələrin zəhərlənməsindən sonra yeni ildə kimyəvi hücuma məruz qalan ilk məktəbdir. "Qadın, Həyat, Azadlıq" inqilabı zamanı qızlar daha cəsarətli olub və bununla da hökuməti qəzəbləndiriblər. İndi İslam Respublikası onları zəhərləyərək başlarından çıxardıqları yaylıqların qisasını almaq istəyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.