Dünya

İranı Suriyadan tamamilə çıxaracağıq - Qalant

3 Aprel 2023 13:16
Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Suriyada İran ordusuna qarşı hərbi əməliyyatlara başlamağa hazırdır və əsas məqsəd onları qonşu dövlətdən sıxışdırıb çıxarmaqdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Əgər Tehran İsrail sərhədləri yaxınlığında ordusunun mövqelərini həddindən artıq gücləndirsə, Təl-Əviv onların Suriyadan çıxarılmasına qədər döyüşəcək. İsrail nə İran, nə də Livanın Hizbullah qruplaşmasının ölkə vətəndaşlarına zərər vurmasına icazə verəcək. Dövlət təhlükəsizliyinə hər tərəfdən təhdidlər artıb. Xüsusən də Tehran İordan çayının qərb sahili və Qəzzaya təsir etməkdə davam edir", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.