Dünya

Putini həbs etməyəcəyik - Qulyaş

23 Mart 2023 20:07
Baxış: 1 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderə baxmayaraq, onu öz ərazisində həbs etməyəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Macarıstanın Nazirlər Kabineti aparatının rəhbəri Gergel Qulyaş brifinq zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq order Budapeşt üçün məcburi deyil.

O, Macarıstan tərəfindən Roma Əsasnaməsinin imzalanmasına və ratifikasiyasına baxmayaraq, bu sənədin Macarıstanın hüquq sisteminə daxil edilmədiyini və həbsin ölkə konstitusiyasına zidd olacağını qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.