Dünya

Lukaşenko: Putinlə Polşanı yerində oturdacağıq!

22 Mart 2023 22:35
Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya lideri Vladimir Putinlə növbəti danışıqlarda Polşanı hansı yolla yerində oturtmağı müzakirə edəcəyəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

O, Polşanın Fransadakı səfirinin Ukrayna konfliktləri bağlı dediklərini səfehlik adlandırıb:

"Və budur o ağzından qaçırtdı: Rusiyaya qarşı döyüşəcəyik. Hesab edin, birinci bizdən başlayacaqlar. Nə etməliyik biz? İlk məsələ Putinlə Polşanı necə yerinə oturmağı müzakirə etməkdən ibarət olacaq".

Lukaşenko Polşanı "Avropanın kaftarı" adlandırmaqdan da çəkinməyib.

Qeyd edək ki, Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski Ukraynanın döyüş meydanında müstəqilliyini müdafiə edə bilməyəcəyi təqdirdə ölkəsinin Rusiya ilə birbaşa münaqişəyə daxil olacağını söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.