Dünya

Türkiyə ən çox silah ixrac edən ölkələr arasında 12-ci pillədədir

13 Mart 2023 16:07
Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən ölkələri arasında 12-ci pillədə qərarlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib.

Qeyd edilib ki, hesabat dövründə Türkiyənin qlobal silah ixracındakı payı 1,1 faiz təşkil edib.

2018-2022-ci ildə Türkiyənin ən çox silah ixrac etdiyi ölkə Qətər olub. Bu dövrdə Türkiyənin ümumi silah ixracının 20%-i Qətərin payına düşüb. İkinci və üçüncü pillələrdə isə BƏƏ (17%) və Oman (13%) qərarlaşıb. 2018-2022-ci illərdə Türkiyə qlobal silah ixracında Kanada, İsveç, Avstraliya, Polşa, Belarus, Norveç, Cənubi Afrika Respublikası, kimi ölkələri geridə qoyub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.