Dünya

Fransa çalxalanır - VİDEO

11 Mart 2023 22:22
Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Parisdə pensiya islahatına qarşı keçirilən aksiyada polis gözyaşardıcı qazdan istifadə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, etiraz yürüşünün son nöqtəsi olan Millət Meydanı (Place de Nation - müəl.) yaxınlığında polislə genişmiqyaslı toqquşmalar baş verib.

Aksiyaçılar polisə daş və butulka atıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib. Həbs edilənlərin sayı məlum deyil.

Kommunal təsərrüfat işçilərinin tətili isə vəziyyəti daha da ağırlaşdırıb. Parisdə 5000 tondan çox tullantı daşınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.