Dünya

Pentaqon silah və sursatların alınmasına 170 milyard dollar xərcləməyi planlaşdırır - Bloomberg

11 Mart 2023 15:22
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi yeni maliyyə ilində satınalmalar üçün 170 milyard dollar tələb etmək istəyir.

Milli.Az APA-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" sənədə istinadən yazır.

Qeyd olunur ki, bu sorğu Ukraynaya verilən, Çinlə münaqişədə lazım olacaq sursat və uzaqmənzilli raketlərin dəyişdirilməsinə yönəlib.

Bundan əvvəl məlum olub ki, ABŞ Prezidenti Co Bayden martın 23-24-də Kanadaya səfər edəcək və burada birgə hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi və Ukraynaya yardım məsələlərini müzakirə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.