Dünya

Ərdoğan Putin və Zelenski arasında görüş təşkil etmək istəyir

9 Mart 2023 08:06
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan "Lenta.ru"ya müsahibəsində bəyan edib.

O vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil edib-etməyəcəyini mühakimə etmək indiki məqamda olduqca çətindir:

"Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan və Rusiya ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır".

Onun sözlərinə görə, Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.