Dünya

Neymar üçün mövsüm erkən başa çatdı

6 Mart 2023 23:14
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin futbolçusu Neymar üçün bu mövsüm erkən başa çatıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçunun sağ ayaq biləyində zədələrə görə əməliyyat olunacağı bildirilib.  Əməliyyatın yaxın günlərdə Dohadakı xəstəxanada reallaşacağı vuğulanıb. Onun təxminən 3-4 aydan sonra məşqlərə qayıdacağı qeyd olunub. Bu isə o deməkdir ki, futbolçu bu mövsümün qalan hissəsində oynamayacaq.

Həmçinin oxuyun: Neymar qərarını verdi

Xatırladaq ki, Neymar son olaraq Liqa 1-də fevralın 20-i keçirilən "Lill"lə matçda zədələnib və xərəkdə meydandan çıxarılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.