Dünya

Narkobaron yaraşıqlı koreyalı olmağa çalışdı və NƏTİCƏ...

4 Mart 2023 07:32
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tailand polisi yaraşıqlı koreyalı olmaq cəhdlərinə baxmayaraq, avropalı narkobaronu həbs edib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, 25 yaşlı Sarahat Savanqcenq ölkəyə Avropadan metilendioksimetamfetamin idxal edib. Polisə onun xarici görünüşü məlum olub, çünki o, son illərdə üç dəfə həbs olunub. O, dekabr ayından isə gözdən yayınırdı.

Cinayət təqibindən yayınmaq üçün kişi xarici görünüşünü dəyişdirmək qərarına gəlib. O, yaraşıqlı koreyalı kişiyə oxşamaq üçün bir neçə dəfə plastik əməliyyat keçirib. Onun cəhdləri nəticəsiz qalıb, nəticədə polis onu yaxalayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun narkotik kuryer kimi işləmək istəməsi adı altında Banqkokun Banqna rayonunda yerləşən kondominiumda izinə düşüblər. Savanqcenqi həbs etməyə gələndə şoka düşüblər və onun xarici görünüşünü tamamilə dəyişdiyini və "yaraşıqlı koreyalı" kimi olduğunu görüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.