Dünya

Ukrayna cəbhəsində son durum: Qarşılıqlı zərbələr...

1 Mart 2023 07:25
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası fevralın 28-də rus qoşunlarının cəmləşdiyi ərazilərə üç zərbə endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, raket qoşunları və artilleriya bölmələri öz növbəsində Rusiyanın canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi ərazilərə, həmçinin zenit-raket komplekslərinin iki mövqeyinə zərbələr endirib.

Həmçinin qeyd edilir ki, Rusiya beynəlxalq humanitar hüquq normalarını pozmaqda davam edir, mülki obyektləri və mülki əhalinin evlərini artilleriya atəşinə tutur, Ukraynanın mühüm infrastrukturunu məhv etməyə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.