Dünya

Bu ölkələrdə nikah yaşı 18-ə qaldırıldı

28 Fevral 2023 18:51
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə və Uelsdə evlənmək üçün minimum yaş həddi 16-dan 18-ə qaldırılıb. Qüvvəyə minmiş qanun gənc qızları məcburi nikahlardan qorumaq üçün nəzərdə tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Britaniya hökumətinin saytında dərc olunmuş press-relizdə qeyd edilir:

"Bundan sonra sosial cəhətdən həssas uşaqların nikahlarını təşkil etməklə istismar edilməsi qanunsuzdur. Üstəlik, bu cür nikahların təşkili istənilən şəraitdə cinayət məsuliyyətinə çevrilir".

"Zorakı olub-olmamasından asılı olmayaraq" - yeni qanuna görə, uşaq nikahlarının təşkilində təqsirli bilinən şəxsləri indi 7 ilə qədər həbs gözləyir. Əvvəllər evlilik yalnız məcburiyyət tətbiq edildikdə cinayət sayılırdı.

İndi qanunun qüvvəyə minməsi ilə hətta valideynlərin razılığı olsa belə, 16-17 yaşlı yeniyetmələrin ailə qurmasına icazə verilməyəcək.

Şotlandiya və Şimali İrlandiyada isə nikah üçün minimum yaş valideynlərin razılığı ilə 16 olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.