Dünya

III Çarlzın həyat yoldaşı kraliça olacaq

27 Fevral 2023 10:03
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Britaniyanın Kraliça-konsortu (kralın həyat yoldaşı - red.) titulu daşıyan Kamilla may ayında Kral III Çarlzın tacqoyma mərasimindən sonra titulunu dəyişəcək.

Mili.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, bu, onun mərhum qayınanası Kraliça II Elizabetin istəklərinə ziddir.

Kornuoll hersoginyası kimi tanınan Kamilla Parker-Boulz 2022-ci ilin sentyabrında II Elizabetin ölümündən sonra Kraliça-konsort olub. Ərinin rəsmi olaraq taxta çıxmasından sonra qadın titulunu dəyişərək kraliça olmağı planlaşdırır.

Ehtimal edilən dəyişiklik keçən həftə Kamillanın xeyriyyə fondunun adının "Kornuoll hersoginyasının oxu zalı" deyil, "Kraliçanın oxu zalı" kimi dəyişdirilməsi ilə ortaya çıxıb.

Qeyd edək ki, III Çarlz mayın 6-da Vestminster Abbatlığında tac qoyacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.