Dünya

Zəlzələdə evinə sığınan keçmiş arvadının üstünə qaynar su tökən şəxs: Yeraltı təkanlar səbəb oldu - FOTO

25 Fevral 2023 08:12
Baxış: 5 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Hatay şəhərində zəlzələdən sonra ərinin evinə sığınan qadın dəhşət yaşayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, 25 yaşlı Alev Altun doqquz il evli olduğu və doqquz ay əvvəl boşandığı Savaş Altunun evinin zəlzələyə daha dayanıqlı olduğunu düşündüyü üçün dörd və iki yaşlı uşaqları ilə onun evində qalmağa qərar verib.

O yatdığı zaman keçmiş əri onun üzərinə qaynar su töküb. Ağrıdan oyanan qadın uşaqlarını da götürüb atasının evinə qaçıb. O, yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə olunur. Hadisəni törədən Savaş Altun polis nəzarətinə alınıb.

O, ifadəsində deyib ki, əlində olan qaynar su yeraltı təkanlar nəticəsində qadının üstünə tökülüb. S.Altun məhkəmə zalında həbs edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.